YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad edən qalib Lider!

Abşeron rayonunda gənc seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Abşeron rayonunda gənclər, o cümlədən idmançılar və tələbələrlə görüş keçirilib.

Görüşdə Prezident İlham Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Daha sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, təşviqat qrupunun üzvləri Bayram Hüseynzadə, Xatirə İsmayılova və Ləman Şərifova çıxış ediblər.

Çıxışlarda cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlardan, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən bəhs edilib. Bildirilib ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri xalqın İlham Əliyevə etimadının növbəti sübutu olacaq. Bu, təsadüfi deyil, çünki artıq 20 ildən çoxdur Azərbaycanın bütün uğurları məhz Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Cənab İlham Əliyev Azərbaycanda iqtisadi dayanıqlılığı təmin edən, vətəndaşların sosial rifah halını hər ötən il daha da yaxşılaşdıran, regionun ən güclü ordusunu quran və ən əsası Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad edən  qalib Liderdir.

Çıxış edənlər gəncləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevə səs  verəcəklərini bildiriblər.