YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqan rayon Dünyamalılar kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Beyləqan rayonunun Örənqala qəsəbəsində Yuxarı Kəbirli kəndi, Günəşli və Baharabad qəsəbələrinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təşviqat qrupunun üzvləri Etibar İmanov və Şəhriyar Həsənli çıxış ediblər. Çıxış edənlər görüş iştirakçılarına Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin nəticələri barədə geniş məlumat veriblər. Qeyd edilib ki, Azərbaycan Respublikası son 20 ildə çox böyük bir inkişaf yolu keçib. Bu illər ərzində cənab İlham Əliyev bütün vədlərini yerinə  yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha təsdiqləyib. Bütün bunların sübutu isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını təsdiq edən möhtəşəm Zəfərdir.

Natiqlər işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işlərinin, ölkəmizin öz daxili imkanları hesabına aparıldığını bildiriblər.

Tədbirdə çıxışçılar bir daha seçiciləri 7 fevral tarixində məntəqələrə gələrək Azərbaycana Zəfər bəxş etmiş Ali Baş Komandan İlham Əliyevə səs verməyə dəvət ediblər.

Qeyd edək ki, rayonun Dünyamalılar kəndinin seçiciləri ilə də görüş keçirilib. Görüşdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təşviqat qrupunun üzvləri Etibar İmanov, Füzuli Quliyev və Sənan Kərimov seçiciləri səsvermə günü fəal olmağa çağırıblar.