YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib

Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində 15 yanvar 2024-cü il tarixində Siyəzən rayonu Zarat kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra “Qalib xalqın qalib Lideri!” adlı videorolik nümayiş etdirilib.

Görüşdə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev və təşviqat qrupunun üzvü Nəbi Əliyev çıxış ediblər. Çıxışlarda bildirilib ki, son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Cənab İlham Əliyev bütün vədlərini yerinə  yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Ən böyük Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi, müzəffər Ali Baş Komandan  İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər isə seçki günü xalqa ləyaqətlə xidmət göstərən, suverenliyimizin bərpasına nail olan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.