YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçim bəllidir!

İmişli rayonunun Otuziki, Muradalılı, Nurulu, Qaralar və Cavadxanlı kəndləri üzrə seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də İmişli rayonunun Otuziki, Muradalılı, Nurulu, Qaralar və Cavadxanlı kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, təşviqat qrupunun üzvləri Saleh Səmədov, Razi Şərifov, Qasım Qasımov, Nizami Məmmədov və Səlim Məhərrəmov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev ötən 20 il ərzində Azərbaycanı qüdrətli dövlətə çevirib. Bu gücün sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Cənab İlham Əliyev xalqın gücünə arxalanaraq 44 günlük müharibə dövründə, həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi, xalqına verdiyi vədlərə əməl etdi.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıblar.