YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məğrur, mübariz Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində yerləşən Zəngilan kənd klubunda yanvarın 15-də mədəniyyət sahəsində çalışan zəngilanlı seçicilərlə görüş keçirilib.

Görüşdə cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, təbliğat qrupunun üzvləri Nərmin Fərəcli, Ülviyyə Hacıyeva, Şakir Kərimov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşmüş, Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olmuşdur. Prezident İlham Əliyev iyirmi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib.  O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

Natiqlər seçiciləri Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunu yüksək səviyyədə həyata keçirən, onun nurlu, işıqlı ideyalarını yaşadan, gerçəkləşdirən məğrur, mübariz Liderimiz - Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək  qalib Lider, bizi Qələbəyə qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsilə başa çatıb.