YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Əliyev öz adını Azərbaycan tarixinə qalib xalqın qalib Lideri olaraq əbədi yazdırıb

Ağstafa rayonunun Vurğun qəsəbəsində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Ağstafa rayonunun Vurğun qəsəbəsində seçicilərlə görüş keçirilib.

Görüşdən əvvəl Vurğun qəsəbəsində şəhid ailələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.

Görüşdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Əsli Qocayeva, Vüsalə Salahova, Şəfəq Cəlilova və Asif Qənbərov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, müasir tariximizin şanlı səhifələrini yazan Prezident İlham Əliyev xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyub. Tarixi zəfərin memarı olan cənab İlham Əliyev öz adını Azərbaycan tarixinə və qədirbilən xalqımızın yaddaşına qalib xalqın qalib Lideri olaraq əbədi yazdırıb.

Görüşdə iştirak edən seçicilər  fevralın 7-də Yeni Azərbaycan Partiyasının  namizədi İlham Əliyevi dəstəkləməklə  Azərbaycanın daha da güclənməsinə səs verecəklərini bildiriblər.