YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək hədəflər naminə...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Yevlax şəhərinin yeni salınmış abad həyətlərinin və rayonunun Hacımahmudlu, Qaramanlı kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, təşviqat qrupunun üzvləri Əminə Əhmədova, Gülüstan Əliyeva, Musa İsmayılov və Vahid Quliyev çıxış ediblər.

Çıxışçılar bildiriblər ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev hakimiyyətdə olduğu 20 il ərzində Azərbaycan regionun lider dövlətinə çevirilib, siyasi, iqtisadi, hərbi, diplomatik, ümumiyyətlə, bütün sahələr üzrə möhtəşəm qələbələr, dövlətçilik tariximizdə böyük zəfərlər qazanıb. Azərbaycan xalqı Şuşa, Xankəndi zəfərlərini yaşayıb, torpaq nisgilindən qurtulub, şəhidlərimizin qisasının alınmasından mənəvi rahatlıq tapıb.

Natiqlər vurğulayıblar ki, Azərbaycanın ötən illərdə qazandığı hərtərəfli uğurları 2024-cü ilin nailiyyətləri ilə daha da möhkəmləndiriləcək və bütün dünya azərbaycanlılarını hər zaman getdikcə artan qüdrəti ilə fərəhləndirəcək. Bu, milli vəhdətimizdən, Azərbaycanın sülh, inkişaf, bəşəriyyətin xoşbəxtliyi məramından irəli gələn əminlikdir. Çıxış edənlər seçiciləri bu əzəmətli uğurların davamı, Azərbaycanın daha yüksək səviyyədə inkişafı naminə  qalib xalqın qalib Lideri, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevə səs verməyə çağırıblar.