YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail rayonunda ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Səbail rayonunda ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və təşviqat qrupunun üzvləri Mehman İsmayılov, Fərrux Rüstəmov, Təranə Kərimova, Həşim Mədətov və Səmra Mirzəyeva çıxış ediblər. Ölkəmizin və regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini deyən natiqlər bildiriblər ki,  2003-cü ildə Azərbaycan Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edərək təkcə regionda  deyil, dünyada söz sahibi olan dövlətə çevrilib. Azərbaycan bir çox sahələrdə dünya dövlətləri ilə uğurlu əməkdaşlıq edir, etibarlı tərəfdaş kimi tanınır. Bu gün Azərbaycan dünyanın ən sabit və təhlükəsiz dövlətlərindən biri kimi seçilir. Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu və xalqımız dəmir yumruq kimi birləşərək 2020-ci ildə tarixi torpaqlarımızı azad etməklə, ərazi bütövlüyümüzü bərpa edib.

Muxtar Nağıyev söyləyib ki, Zəfər seçkisi kimi dəyərləndirilən bu seçki həm də müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçirilməsi ilə əlamətdar olacaq.

Çıxış edənlər ilk dəfə səs verəcək gəncləri  7 fevral prezident seçkilərində fəal iştirak etməyə və dövlətimizin yeni qələbələrə və uğurlara imza atması naminə YAP namizədi, qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən gənc seçicilər də Ulu Öndər siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər.