YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Əliyev hər bir azərbaycanlının arzusunu reallaşdırıb

Neftçala rayonunun Həsənabad qəsəbəsində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Neftçala rayonunun Həsənabad qəsəbəsində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, təşviqat qrupunun üzvləri Valeh Tağıyev və Bədirə Niftəliyeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyi  ilə ötən illər ərzində ölkəmiz misilsiz inkişafa nail olub. Bu inkişaf hər bir sahədə özünü ifadə edir. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyev ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməklə hər bir azərbaycanlının arzusunu reallaşdırıb. Bununla da cənab İlham Əliyev qalib Lider kimi öz adını xalqımızın çoxəsrlik tarixinə əbədi həkk edib. Bu baxımdan, YAP-ın namizədi İlham Əliyevin Zəfər seçkilərində qələbə qazanması şübhə doğurmur.  

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək alternativsiz namizəd İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.