YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusar seçiciləri qalib xalqın qalib Liderini dəstəkləyirlər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Qusar rayon Balaqusar kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, təşviqat qrupunun üzvləri General Sadulov, Arif Xəlilov, Vasif Şixməmmədov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev bütün vədlərini bir-birindən əhəmiyyətli addımları, uğurlu islahatları ilə doğruldub, Azərbaycan xalqına tarixi qələbəni qazandırıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Bu baxımdan ilk dəfə olaraq bütün ölkə ərazisində  seçkilərin Zəfər seçkiləri adlandırılması bu seçkilərin önəmini bir daha göstərir.

Görüşdə çıxış edən natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştrak etməyə, hamılıqla YAP-ın namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər  artıq seçimlərini etdiklərini- səsvermə günü qalib Lider İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.