YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Uğurların davamlı olması üçün seçimimiz cənab İlham Əliyevdir”

Quba rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Quba rayonunda ictimaiyyət nümayəndələri ilə görüş keçirilib. Rayon ağsaqqalları və ziyalılarının iştirak etdiyi görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşviqat qrupunun üzvləri Elza Orucova, Laçın Səfərəliyev, Naib Səttarov, Ramiz Həmzəyev və Ramin Xudayev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev xalqımıza tarixi uğurlar qazandırır. Əsrə bərabər olan 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımı­zın azad olunması, ərazi bütövlü­yümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezi­dent, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qaza­nılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Xalqın və ölkənin bundan sonrakı inkişaf yolu da məhz Prezident İlham Əliyev kimi qətiyyətli  və müdrik dövlət başçısından asılıdır.

Diqqətə çatdırılıb ki, bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin qələbə qazanacağı şübhəsizdir. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə çağırıblar.

Görüş zamanı çıxış edən Quba seçiciləri də Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti dəstəklədiklərini və bu siyasətin davamlı olması üçün fevralın 7-də seçki məntəqələrinə gedərək YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.