YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daha uğurlu gələcəyə doğru…

Xızı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Xızı şəhərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə partiyanın namizədinin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev və təşviqat qrupunun üzvləri Xudayət Cabbarov, Fərrux Haqverdiyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycanın bütün suveren ərazilərində təşkil olunması ilə tarixə düşəcək prezident seçkiləri cəmiyyətimizdə haqlı olaraq Zəfər seçkisi kimi səciyyələndirilir. Bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, ölkəmizi daha uğurlu və işıqlı gələcəyə doğru apardığı diqqətə çatdırılıb, müasir müstəqil Azərbaycanın nailiyyətlərindən bəhs edilib.

Təşviqat qrupunun üzvləri vətəndaşları ötən illər ərzində ölkəmizə mühüm uğurlar qazandıran Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

Seçicilər fevralın 7-də qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.