YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir!

Balakən rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Balakən rayonunda ziyalılar və ağsaqqallar ilə görüş keçirilib.

Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, təşviqat qrupunun üzvləri Xəlifə Mirəliyev, Rəşid Musayev, Sarvan Şibliyev, İbrahim İbrahimov və digərləri çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Görüşdə YAP-ın namizədi və xalqımızın alternativsiz lideri cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlər barədə geniş məlumat verilib. Bildirilib ki, bu gün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanda son 20 illik fəaliyyətə nəzər salsaq, bu dövrdə ölkəmizin inkişaf mənzərəsi aydın görünür. Bugünkü Azərbaycan sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda vətəndaşların sosial rifahının və həyat standartlarının yüksəldilməsi, regional inkişaf proqramlarının uğurla icrası, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin genişləndirilməsi istiqamətində də möhtəşəm nailiyyətlər əldə olunub. 

Diqqətə çatdırılıb ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri mühüm siyasi hadisə olacaq. Budəfəki seçkilər Azərbaycanın ərazi bütövlüyü şəraitində keçirilməsi ilə xarakterikdir və səsvermə hüququ olanlar bu prosesdə böyük ruh yüksəkliyi ilə iştirak edəcək. Ona görə də 7 fevral seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

Çıxışçılar bu əminliyi ifadə ediblər ki, xalqımız 7 fevral tarixində öz işıqlı gələcəyi naminə ən düzgün qərarı verəcək və müasir Azərbaycanı son 20 ildə böyük zirvələrə qaldıran, bu gün qürurla bəhs etdiyimiz nailiyyətlərin memarı olan cənab İlham Əliyevə səs verəcək.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gələrək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini bildiriblər.