YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Əliyev Azərbaycanı dünyanın qabaqcıl ölkələrindən birinə çevirib

Ağdaş rayonun Kükəl və Ərəb kəndlərində seçicilərlə görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonun Kükəl və Ərəb kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, təşviqat  qrupunun üzvləri Anar Şahmuradov, Azadə Kərimova, Vəsilə Məmmədova çıxış ediblər.

Çıxışçılar diqqətə çatdırıblar ki, Prezident İlham Əliyev Azərbaycanı dünyanın qabaqcıl ölkələrindən birinə çevirib. Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının mənafeyi və rifahı dayanır.

Natiqlər seçiciləri fəal olmağa və Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Azərbaycanın müstəqilliyinin və inkişafının təminatçısı olan Ulu Öndər Heydər Əliyevin siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.