YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi gerçəkliklərin ifadəsi

Səbinə Xasayeva

Milli Məclisin deputatı

İctimaiyyət bütün siyasi hadisələrə çox həssas olur. Bu həssaslıq cəmiyyətin daha dinamik əsas­larla inkişafına istiqamətləndirilir. Ölkə başçısının hər çıxışı dövlətçiliyin möhkəm­lən­di­ril­mə­si baxımından diqqəti çəkir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yan­va­rın 10-da yerli televiziya kanallarına müsahibəsi də dövlət-cəmiyyət münasibətlərinə yeni, heysiy­yət­li mövqe kimi tarixləşdi. Müsahibədə ölkə başçısının “Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təs­­diqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi” fikirləri Azərbaycan ger­­çəklikləri kimi dinlənildi. Böyük tarixi şəxsiyyətin dövlətçilik siyasəti müstəqil Azərbaycanın dövlətçilik düsturu kimi həmişə yaşadılacaqdır. Bu, Azərbaycana, Azərbaycan dövlətçiliyinə sə­da­qətdir.

Müstəqilliyimizin ilk illərinin siyasi çalxantıları da tarixləşib, bu çalxantıları yaradan sə­bəb­­lər də. Bu səbəbləri böyük tarixi şəxsiyyət Azərbaycana dərin sevgisi ilə aradan qaldırdı, Azər­­­baycanın dövlət müstəqilliyini təhdid edən separatçılıq da, səriştəsizlik də, dövlətçiliyə biganə münasibətə görə yaranan siyasi qarşıdurmalar da çox-çox uzaqlarda qalıb.

Azərbaycan üçün son 30 ilin ən böyük problemi Ermənistanın Azərbaycanın 20 faiz əra­zi­si­ni işğal etməsi idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasi dialoqlar bu problemin sülh yolu ilə həllinə istiqamətlənmişdi. Ermənistan danışıqlardan yayınır, mövcud status-kvonu saxlamağa çalışırdı. Azərbaycan bu vəziyyətlə heç zaman barışa bilməzdi...

Azərbaycan 2020-ci il sentyabrın 27-də başlayan ədalətli müharibə ilə torpaqlarını işğaldan qurtardı,  2023-cü ilin 19 sentyabrında lokal xaarkterli antitrerror əməiyyatı ilə ərazi bütövlüyünü tam təmin etdi.  

“8 noyabrda Üçtərəfli Bəyanatın qəbul edilməsi bizim böyük siyasi uğurumuzdur. Şuşa işğaldan azad olunmasaydı, lazım olan şərtləri biz o Bəyanata saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı”. Bu fikirlər Azərbaycan həqiqətlərinin hardan qay­naq­landığını bildirir və birmənalı şəkildə təsdiqləyir ki, azərbaycançılıq ermənilikdən çox-çox güclüdür ki, dünyanın neçə-neçə dövlətinin havadarlığı ilə işğal etdiyi torpaqları Azərbaycan ordusu Vətən müharibəsində, 44 gün davam edən döyüşlərlə azad etdi.

Tarixi Zəfər tarixi reallıqlar yaratdı. Bu reallıqlar qalib Azərbaycanın iradəsi ilə həyata ke­çi­rilir, keçiriləcək də. Azərbaycan gerçəklikləri dünyaya bir daha xatırlatdı ki, bu dövlətin kifa­yət qədər siyasi nüfuzu da var, gücü də, güclü ordusu da. Vətən müharibəsinin bütün döyüşləri Azərbaycan Ordusunun döyüş salnaməsidir. Təkcə Şuşa döyüşləri dünyanın iri dövlətlərinin də diq­qətini çəkib, bu döyüşlər öyrənilməkdədir. Deməli, Azərbaycan əsgərinin Vətən sevgisi də öy­rənilir, qətiyyəti də. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibə­sin­də dedi: “Yeni Laçın-Xankəndi yolu marşrutunun müəyyən edilməsi, çəkilməsi çox önəmli hadisə idi və 23 aprel hadisələrinin elə bil ki, təməlini qoymuşdu. Çünki biz artıq yeni yol çəkərək Laçın şəhərini özümüzə qaytardıq. Avqustun əvvəlində artıq yol hazır olandan sonra biz Rusiya sülhməramlı qüvvələrinin komandanlığına xəbər göndərmişdik ki, biz avqustun 5-də artıq o yola çıxırıq və Laçını götürürük nəzarətimizə”.

Müsahibədə ötən əsrin əvvəlləri də xatırladılır. Bu xatırlatma da ermənilik xislətinin necə­li­yi haqqında tarixi gerçəkliklərdəndir. Nədir bu gerçəklik? – Ermənistanın Azərbaycanın ərazisini hissə-hissə öz ərazisinə birləşdirmək siyasəti. O siyasət SSRİ dönəmində davam etdi, riyakarlığa, gözəgötürməzliyə görə Azərbaycan bəlalar yaşadı: “XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb”.

Ölkə başçısının dünyaya bir mesajı da diqqəti çəkir: “1970-ci illərin xəritəsini əsas götür­mək istəyən təkcə Ermənistan deyil, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik. 1920-ci ilin aprelində sovetləşmədən sonra noyabr ayında artıq sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir. Bu da tarixi faktdır, XX əsrin əvvəlinin xəritələri var. Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi var və orada Zəngəzur, - şərqi, qərbi yoxdur, – bütün Zəngəzur Azərbaycan ərazisidir və bu, sovet dövründə baş verib. Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir. O vaxta qədər hissə-hissə bizim torpaqlarımız Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən (Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi nəzərdə tutulur) 86,6 min kvadratkilometrə düşdü. Ulu Öndər Heydər Əliyev 1969-cu ilin iyul ayında rəhbər seçiləndən sonra artıq bu torpaq hədiyyələri dayandı”...

Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Bu ilki seçkilər Azərbaycanın sərhəd bütöv­lü­­yündə keçirilməsi ilə xarakterik olacaq və səsvermə hüququ olanların bu prosesdə böyük siyasi və mənəvi ruh yüksəkliyi ilə iştirak edəcəyinə hamımız əminik. Azərbaycan naminə. Bu mü­sahibə də Azərbaycan naminə müsahibədir və Azərbaycan naiminə dinlənildi, Azərbaycan na­minə dərk edildi. Hamı qürurla deyir ki, mən Azərbaycanlıyam! Tarixi müsahibə tarixi gerçəkliklərin ifadəsi oldu...