YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Biləsuvar rayon təşkilatının 31 illiyi münasibətilə tədbir keçirilib

Yanvarın 12-də Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının təsis edilməsinin 31 illiyi qeyd edilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı rayon təşkilatının təsis olunmasından, ötən 31 illik fəaliyyətindən danışıb. Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında xidmətlərini diqqətə çatdıran K.Qurbanlı bildirib ki, Ulu Öndər Heydər Əliyev böyük qətiyyət, siyasi iradə ilə xilaskarlıq missiyasını yerinə yetirdi, yeni, müasir Azərbaycanı qurdu və onu in kişaf yoluna çıxardı. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ideyaları ilə silahlanmış müstəqil Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında daha xoşbəxt sabahlara doğru uğurla addımlamaqdadır.

Daha sonra çıxış edənlər vurğulayıb ki, Ümummilli Liderin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli inkişaf etməkdədir.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.