YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabit və firavan Cənubi Qafqaz qurmağa yönəlmiş təşəbbüslər

Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədovun “Azərbaycan Ermənistan ilə əlaqələrin tam normallaşmasında maraqlıdır” sərlövhəli məqaləsi Danimarkanın “Kristelight Dagblad” qəzetində dərc edilib.

Yazıda Azərbaycanın sülh gündəliyinin sabit və firavan Cənubi Qafqaz qurmağa yönəlmiş təşəbbüslərə əsaslandığı qeyd olunub. Həmçinin Ermənistana təklif edilən sülh sazişi layihəsində əks olunmuş beynəlxalq hüquqdan irəli gələn prinsiplər sadalanıb.

Məqalədə Azərbaycanın qərb rayonları və onun Naxçıvan regionu arasında quru əlaqəsinin təmin edilməsinin vacibliyi və Ermənistanın bu xüsusda öz üzərinə götürdüyü öhdəliyə bu günədək əməl etmədiyi vurğulanıb.

Ötən ilin dekabr ayında Azərbaycan və Ermənistan arasında heç bir vasitəçi olmadan birbaşa danışıqlar nəticəsində qəbul edilmiş bəyanatın əhəmiyyəti qeyd olunub.

Sonda şimal əməkdaşlığı modelində geniş təcrübəyə malik Danimarkanın Cənubi Qafqazda regional əməkdaşlığın təşviqinə töhfə verə biləcəyi önə çəkilib.