YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanın Prezidenti: Gürcüstan ilə Azərbaycan arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətləri onilliklər ərzində inkişaf edir

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və ölkənizə xidmətinizdə uğurlar diləyirəm.

Gürcüstan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətləri onilliklər ərzində inkişaf edir. Ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsində Sizin şəxsi töhfəniz xüsusi əhəmiyyət kəsb edir.

Zati-aliləri, bir daha dərin ehtiramımı bildirir, bu fürsətdən istifadə edərək Sizi və dost Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edir, sülh, cansağlığı və firavanlıq arzulayıram.”