YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib ölkənin qalib Lideri

İlkin Əliyev

YAP Zərdab rayon təşkilatınnı sədri

Bu gün ölkəmiz özünün qürürlu bir tarixini yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanın günü-gündən inkişaf etməsinə, dünya ölkələri arasında rolunun artmasına, regionda lider dövlətə çevrilməsinə zəmin yaradır. 20 il öncə Prezident seçilərkən verdiyi vədlərin hər birini ardıcıl şəkildə həyata keçirən cənab İlham Əliyevin atdığı addımlar, müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasını şərtləndirib. Ötən dövr ərzində həyata keçirilmiş tədbirlərə, icra olunmuş layihələrə və dövlət proqramlarına nəzər yetirdikdə açıq və aydın şəkildə ölkəmizin necə inkişaf etdiyini görmək olur. Həyata keçirilmiş inkişaf prosesləri ilə bərabər Azərbaycan xalqının ən böyük arzusunu reallaşdıran Müzəffər Ali Baş Komandan 44 gün ərzində doğma Qarabağımızı düşmən tapdağından azad etdi. Ön cəbhədə qalib olan lider diplomatik cəbhədə də düşməni məğlub edərək torpaqlarımızın bir hissəsini döyüşsüz, bir güllə belə atılmadan qaytarılmasına nail oldu. Azərbaycanın qəti qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin ardından dərhal işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması ölkəmizin gücünü bir daha nümayiş etdirmiş oldu. Belə ki, işğaldan azad edilmiş regionlarımızda yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək. Qısa zaman kəsiyində Zəngilan rayonunda “Ağıllı kənd” layihələrinin icrası ilə bağlı görülən işlər, Füzuli, Laçın, Zəngilan rayonlarında yeni aeroportların tikilməsi istiqamətində atılan addımlar, Kəlbəcər rayonunda infrastrukturun yenidən qurulması yönündə aparılan fəaliyyət bir daha onu təsdiqləyir ki, regionun lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi torpaqlarda qısa zaman kəsiyində həyatı canlandıracaq. Post müharibə dövründə həyata keçirilən abadlıq quruculuq işləri, inkişaf prosesləri ilə yanaşı ölkəmizin sülhə töhfə vermək, daimi sülhün əldə olunması istiqamətində atdığı addımlardan fərqli olaraq əks tərəfin bu xoş niyyətdən istifadə edərək müxtəlif fikirlərə düşməsi, xüsusi ilə  mövqelərimizin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyi daha da artırmış oldu. Belə olan halda düşmən təxribatlarına cavab olaraq 19 sentyabr 2023-cü il tarixdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başladılmış və cəmi 23 saat 43 dəqiqə çəkmiş lokal antiterror tədbirləri nəticəsində düşmən tamamilə məhv edilmiş, Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran bütün tapşırıqlar uğurla icra edilmiş, ölkəmizin ərazi bütövlüyü tam şəkildə bərqərar olmuşdur. 15 oktyabr 2023-cü il tarixdə Prezident seçilməsinin 20-ci ildönümündə  Xankəndində Azərbaycan Respublikasının Dövlət bayrağını ucaldan, 8 noyabr 2023-cü il tarixdə həmin şəhərdə Silahlı Qüvvələrin paradını qəbul edən Prezident İlham Əliyev "Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev baş çatdıra biləcək" demiş Ümumimilli lider Heydər Əliyevin ideyalarının həyata keçirildiyini, dahi şəxsiyyətin  ən böyük arzularının reallaşmasını bütün dünyaya sübut etdi.

Ümummilli lider Heydər Əliyev yolunun ən layiqli davamçısı olaraq cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət Azərbaycanın yeni inkişaf modelini formalaşdırmaqla yanaşı, uğurlu gələcəyimizin qarantıdır. Ötən dövr ərzində əldə olunmuş uğurlar, qazanılmış nailiyyətlər sübüt edir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük zirvələr fəth edəcəkdir .