YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafı şərtləndirən əsas faktor

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

2023-cü ildə ölkəmiz adına bir sıra tarixi hadisələrə şahidlik etdik. Ərazi bütövlüyümüz bərpa edilərək dövlətin suverenliyi bütün ərazilərimizdə tam şəkildə təmin olundu. Dövlətimizin beynəlxalq müstəvidə geopolitik mövqeyi olduqca gücləndi. Bu nəhəng tarixi hadisələri 2023-cü ildə qazanmaq 20 il ərzində Azərbaycanı hərtərəfli inkişaf etdirməklə mümkün olmuşdur.

Milli hədəflərə nail olan dövlət

Sürətli informasiya dövriyyəsinin getdiyi bir dövrdə bu gün hər bir fərd dünyada baş verən hadisələri yaxından izləyib müəyyən qənaətə gələ bilir. Bu gün reallıq onu göstərir ki, son 20 ili müqayisə etsək dünyada Azərbaycan qədər qarşısına qoyduğu milli hədəflərə çatmaq üçün məntiqli və uzaqgörən siyasət aparmağa malik dövlətlərin sayı olduqca azdır.

Nadir liderlik xüsusiyyəti

Dövlətin gücünü müəyyənləşdirən başlıca amil onun sükanı arxasında müdrik, dönməz, qətiyyətli, dərin təhlilə malik liderin olmasıdır. Güclü lider, güclü dövlət anlayışında nəzər yetirilməli əsas önəmli məqam ideyaların, hədəflərin reallığa çevirilməsi istedadıdır. Bu isə öz növbəsində hər liderə məxsus olmayan nadir özəllikdir.

Hər bir vətəndaşın Prezidenti

Prezident İlham Əliyev 15 oktyabr 2003-cü ildə “mən hər bir vətəndaşın Prezidentdi olacam” deyən zaman artıq cəmiyyətin bütün nümayəndələri əminlikə inanırdılar ki, Azərbaycan qarşıdakı dövrdə əsrə bərabər tarixi inkişaf yolu keçəcək. Əgər Ulu Öndər Heydər Əliyev torpaqlarımızın gec-tez işğaldan azad olunacağına dair xalqımıza böyük inam hissini aşılamışdısa onun layiqli davamçısı Prezident İlham Əliyev bu arzunu reallığa çevirdi.

Qalib xalq olmaq şərəfini bəxş edən

Təbii ki, qarşıdakı dövrlərdə hələ uzun illər Prezident İlham Əliyevin Azərbaycan dövləti və xalqı üçün etdiyi fədakarlıqlar elmi məqalələrin əsas mövzusu olacaq. Lakin diqqət yetiriləcək önəmli məqam Prezident İlham Əliyevin Azərbaycan xalqına öz hədəflərinə inanaraq nail olmaq hissini təlqin etməsidir. Xalqına qalib olmaq şərəfini bəxş edən Prezident İlham Əliyev cəmiyyətin əsas aparıcı qüvvəsi olan gənclərə də gələcək dövrdə dövlətimizi bu qalibiyyət adına layiq şəkildə inkişaf etdirmək məsuliyyətini aşıladı. Bu inam gələcək onilliklərdə dövlətimizin inkişafını şərtləndirən əsas faktor olacaq.

DİGƏR Xəbərlər Arxiv