YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Boykot” pərdəsi altında zəifliyi gizlədən radikallar

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Məlum olduğu kimi 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi nəzərdə tutulub. Belə bir qərarın qəbul  edilməsi növbəti müdrik addım kimi qiymətləndirilməlidir.

Təəssüflə qeyd etmək lazımdır ki, hər zaman olduğu kimi bu gün də müxalifət öz ampulasındadır və biz onlardan boykot çağırışlarını eşidirik. Onlar tərəfindən davamlı olaraq bu cür fikirlər səsləndirilir. Eyni zamanda cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasına səy göstərirlər. Öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçirlər. Əlbətdə ki, bu məqsədli şəkildə atılmış bir addımdır və qəbuledilməz məsələdir. Eyni zamanda müxalifətin bir sabotajı kimi qiymətləndirilməlidir. Seçkilərdə iştirak etməkdən imtina edənlərin səbəbi zəifliklərindən başqa bir şey deyildir.

Müxalifət hər zaman Azərbaycanda seçkilərlə bağlı çağırış edir, ölkədə bərabər şərait yaradılmasını dilə gətirir. Dövlət bu  gün bu addımı atıb. Bunun üçün lazımi şərait yaradılıbdır. Seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Həmçinin, növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP üçün qurultayının keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb.

Belə bir tarixi məqamda müxalifətin bu addımı atması görünür ki, xaricdən verilmiş bir sifarişdi. Təəssüf ki, hələdə bəzi müxalifət partiyaları xaricdən gələn sifarişləri yerinə yetirirlər. Milli maraqlara deyil, xarici maraqlara xidmət edirlər. Onlarda olan bu xainlik, cəmiyyət arasında şübhə yaratmaq arzusu və digər bu kimi amillər müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Seçkilərə qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribatdır.

Biz əminik ki, bu seçkilər tam şəffaf keçiriləcək və seçki ilə bağlı Azərbaycan hökuməti üzərinə düşən bütün addımları atacaq. Müxalifətin bu addımı da bir daha onların milli marağa xidmət etmədiyini göstərir. Azərbaycan xalqı inanırıq ki, hər zaman olduğu kimi bu dəfə də milli maraqlara üstünlük verərək, bu seçki də uğurla başa catacaq.