YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Konqreslər Bürosu M&I Şərqi Avropa Forumunda iştirak edəcək

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu (AKB) noyabrın 22-dən 26-dək Avstriyanın Vyana şəhərində keçiriləcək M&I Şərqi Avropa Forumunda iştirak edəcək.

Nazirlikdən bildirilib ki, Büro forumun əsas hədəf bazarı Şərqi Avropa ölkələri, xüsusən də Rusiya, Avstriya, Polşa, Çexiya, Serbiya, Slovakiya, Sloveniya və digərləridir.

2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkəmizi beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.