YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq-Prezident birliyi davamlı uğurların əsasıdır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Artıq üç ildir  tarixi Zəfərimizdən və onun yaratdığı reallıqlardan bəhs edirik. Bu gün qürurla qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımızın Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada, işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanmasından danışırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri bu torpaqlarda bərpa-quruculuq işlərini daha da sürətləndirir, soydaşlarımızın Böyük Qayıdışının tam tərkibdə başa çatacağına inamı daha da artırır. Soydaşlarımızın qayıdış ünvanlarının da sayı artmaqdadır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 30 ilə yaxın dövrün işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Ümummilli Liderin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev son 20 ildə Qələbəni şərtləndirən uğurlara imza atdı. Cənab İlham Əliyevin 20 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə yönəldildi. Dövlət başçısı iqtisadiyyatın inkişafını vacib amil kimi önə çəkərək bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır.  Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafının prioritetliyi atılan addımlarda öz təsdiqini tapır. Dərin islahatlar nəticəsində Azərbaycan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağı kimi tanınır və nüfuz qazanıb. Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin uğurlu davamı nəticəsində güclü iqtisadiyyat, güclü ordu yaradıldı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmləndi. Xalq-iqtidar birliyi daha da sarsılmaz oldu. Vətənpərvər, torpağa, xalqa bağlı gənclər yetişdi. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” bütün bu amillərin vəhdətinin nümayişi oldu.

Bütün sahələrdə davamlı uğurlara imza atan Azərbaycanın yeganə problemi  Qarabağ münaqişəsi idi. Müharibə şəraitində yaşayan ölkənin qüdrətli iqtisadiyyatı ilə yanaşı, güclü ordusunun olması əsasdır. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olundu. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Azərbaycanın möhtəşəm Qələbəsi cənab İlham Əliyevin hər bir vədini əməli fəaliyyəti ilə təsdiqlədiyini bir daha nümayiş etdirdi. Azərbaycan son 20  ildə dünya birliyinin fəal üzvünə çevrildi. Dövlətimizin müstəqil siyasəti, qətiyyətli, ədalətə, beynəlxalq hüquqa söykənən mövqeyi onun söz sahibliyini artırdı. Prezident İlham Əliyev Azərbaycanın hərbi qüdrətini möhkəmləndirməklə yanaşı, diplomatik mübarizədə qələbəsini təmin etdi.  Azərbaycana qarşı informasiya blokadasını yardı. Cənab İlham Əliyevin xarici ölkələrə səfərlərinin, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışının mahiyyətində Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırması oldu. Dövlət başçısının təkcə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində xarici mətbuata 30-dan artıq  müsahibələrinin hər biri işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə tarix, hüquq  və milli qürur dərsi oldu.

Azərbaycanın  Zəfəri ilə regionda və dünyada yeni reallıqlar yarandı. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırdı. Dövlət başçısı  İlham Əliyevin yeni iqtisadi və sosial inkişaf strategiyası nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensial ölkənin ümumi iqtisadiyyatına istiqamətlənəcək, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib Sərkərdə kimi işğaldan azad edilmiş ərazilərimizə səfərləri,  Böyük Qayıdış proqramı çərçivəsində bərpa və quruculuq işlərinin geniş miqyas alması  hər bir azərbaycanlını qürurlandırır. Soydaşlarımızın qayıdışının növbəti ünvanı Xankəndidir. Hər bir vədini əməli işi ilə təsfiqləyən cənab İlham Əliyev xalqın sevgisi sonsuzdur. Xalq-Prezident birliyi, həmrəyliyi davamlı uğurların əsasıdır.