YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurların növbəti mərhələsi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizin reallıqları əsasında Yeni Azərbaycan Partiyasının keçirilən VII qurultayında “Təbii ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür” söyləyərək bu mühüm məqamı da xüsusi diqqətə çatdırmışdı ki, hər dövrün öz tələbləri var. 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament, baza, imkan yaratdı ki, əsas məqsədimizə çataq. Ancaq əgər oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.

Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 20 ili ölkəmizin həyatında təkmil islahatlar dövrü kimi xarakterizə edilir.
 Ölkə iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi əsasdır. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. İnformasiya, su, ərzaq, enerji və digər istiqamətlər üzrə təhlükəsizliyin təmin olunması ilə bağlı görülmüş tədbirlər xüsusi qeyd olunmalıdır. Hər bir istiqamət üzrə qəbul olunan Dövlət Proqramları mövcud məsələlərdə dövlətin potensiallarının səfərbər olunmasına xidmət edib. Əldə edilən uğurlar növbəti mərhələdə yeni hədəflərin müəyyənləşdirilməsinə yol açır.

Bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı endi. Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı. Prezidentlik fəaliyyətinin ilk dövründə İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərman imzalamışdır. Regionların inkişafına dair uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Birinci Dövlət proqramının uğurlu icrası növbəti sənədlərin qəbuluna geniş imkanlar yaratdı. Hazırda 4-cü Dövlət proqramının icrası başa çatmaq üzrədir. Tarixi Zəfərimizin reallıqları fonunda yeni dövrün çağırışlarına uyğun olaraq iqtisadi rayonların yenidən bölgüsü ilə bağlı Fərman imzalandı. Cənab İlham Əliyevin Sərəncamı əsasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi.   

Sürətlə dəyişən reallıqlar islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır. Təkcə son illərin islahatlar kursu ölkəmizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan ən islahatçı ölkə kimi qərarlaşıb. Dövlətimizin həyata keçirdiyi uğurlu islahatlar beynəlxalq səviyyədə təqdir edilir, inkişafın Azərbaycan modelinin öyrənilməsi və tətbiqi vacib amil kimi önə çəkilir.  Cənab İlham Əliyevin qeyd etdiyi kimi, hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur.  Bu mühüm məqam da önə çəkilir ki, texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə qalacaq. Ölkəmizdə yeni texnologiyaların inkişafına, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrıənilməsinə maraq günümüzün reallıqlarında, Azərbaycanın innovasiyalar ölkəsi kimi nüfuz qazanmasında özünün aydın ifadəsini tapır. Dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”, DOST mərkəzlərinin yaradılması da deyilənlərin təsdiqidir. Bu gün bu sıraya “ağıllı şəhər” və “ağıllı kənd” layihələri də daxildir. İşğaldan azad edilmiş torpaqlarımız bu layihələr əsasında yenidən qurulur, bərpa edilir. Azərbaycan dünyaya şəhərsalma təcrübəsini təqdim edir. Müasir dövrün tələbləri əsasında qurulan torpaqlarımız Azərbaycanın yeni texnologiyaların inkişafında və tətbiqində nə qədər maraqlı olduğunu təsdiqləyir.

Ölkəmizin kosmik klubun fəal üzvüdür. Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verilməsi, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir. Bircə faktı qeyd etmək kifayətdir ki, Azərbaycan bu il 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. “Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir” söyləyən dövlət başçısı İlham Əliyev bu reallığı da qürurla qeyd etdi ki, Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır.