YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artan nüfuz və etibarlı tərəfdaşlıq

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Müasir dünya düzənində Azərbaycanın etibarlı tərəfdaş mövqeyi onun beynəlxalq nüfuzunu hərtərəfli şəkildə artırmaqdadır. Məhz bu yanaşmanın nəticəsidir ki, ölkəmizlə yaxından əməkdaşlığa can atan ölkələrin sayı daha da artır. Eyni zamanda Azərbaycanın Qoşulmama Hərəkatına nümunəvi sədrliyi ölkəmizə daha qlobal yönümlü təşəbbüslərin və layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Genişlənən qlobal nüfuz

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qəbul edilmiş qərar dünya ölkələrinin Azərbaycana dəstəyinin nümayişidir. Xaotik beynəlxalq arenada hüquq, qanunların tapdalanması fonunda Azərbaycanın 30 il icra olunmayan BMT qətnamələrini təkbaşına icra etməsi dünya ölkələrinə nəyin bahasına olursa olsun haqq səslərini müdafiə etmələri üçün böyük ümidlər verdi. Qoşulmama Hərəkatında 120 ölkə Azərbaycanın sədrliyini dəstəkləmişdisə, COP29-un ölkəmizdə keçirilməsini bütün dünya ölkələri dəstəklədi.

Dünya birliyindən dəstək

Prezident İlham Əliyev dekabrın 15-də - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə Azərbaycanın bu uğurunun antirerror əməliyyatlarından sonra dünya birliyinin ölkəmizə olan dəstəyi kimi qiymətləndirdi. Hətta Ermənistan belə Azərbaycanın COP29-a ev sahibliyi etməyini dəstəkləyib.  COP29 çərçivəsində Azərbaycana 80 minə yaxın xarici qonağın gəlməsi gözlənilir. Bu tədbirin miqyası ölkəmizdə əvvəlki beynəlxalq tədbirlərlə müqayisədə olduqca böyükdür. Təkcə Avropa Oyunlarında Azərbaycana 5 min idmançı və 3 min qonaq gəlmişdir. Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında qüdrəti daha da nəhəngləşən Azərbaycan bu tədbiri də özünün qlobal nüfuzuna uyğun ən yüksək səviyyədə keçirəcək.

Yaşıl enerji potensialının təqdimatı

Enerji siyasətini müasir dövrün çağırışlarına uyğun şəkildə həyata keçirən dövlətimiz bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atmaqdadır. COP29 ölkəmizin yaşıl enerji strategiyasının dünya ictimaiyyətinə təqdimatı baxımından mühüm rol oynayacaq.