YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü siyasi qətiyyət və iradə

Anar Məmmədov

Milli Məclisin deputatı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin dekabrın 15-də keçirilmiş genişləndirilmiş iclasında Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyevin 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasından namizəd irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul olunması tarixi bir qərardır.  

Ötən 20 il ərzində nəinki Azərbaycan xalqı, eləcə də bütün dünya şanlı tarix yazan, bütün vədlərini yerinə yetirən, dövlətini qüdrətli edən, bölgənin taleyini müsbət yöndə dəyişdirən və yeni reallıqlar yaradan bir ölkə başçısının yüksək intellekti, əzmi və cəsarətinə, güclü siyasi qətiyyəti və iradəsinə, böyük uzaqgörənliyinə, zəngin idarəçilik təcrübəsi və məharətinə şahidlik etdi. Prezident İlham Əliyev 2003-cü ildən Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz dinamik inkişaf yolu keçdi, iqtisadiyyatımız sürətlə inkişaf etdi, bu illər ərzində beynəlxalq səviyyədə dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən dövləti imicini qazandı və ən əsası suverenliyimiz və ərazi bütövlüyümüz bərpa edildi.

Cənab İlham Əliyev Prezident seçilən gündən xalqın taleyini öz taleyinə çevirdi. “Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır” deyən Prezident hakimiyyətdə olduğu dövrdə hamımızın doğmasıdır. O, xalqını, xalq da onu qorudu, ona inandı. O, bu sevgisi ilə təkcə kiçik ölkəsini böyütmədi, bu kiçik ölkənin vətəndaşlarını da ucaltdı. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı. Prezidentin bölgələrə səfərləri zamanı insanlarla görüşləri, onlarla səmimi ünsiyyəti, hər birini təmkinlə dinləməsi, problemlərini məhz onların özlərindən öyrənməsi, yerindəcə tapşırıqlar verməsi, ilk növbədə xalqa olan hörmətin sübutudur. Bu etimadın təməlində isə qarşılıqlı hörmət qərarlaşıb. Tariximizə ən parlaq Qələbəni də o yazdı, torpaqlarımızı işğaldan azad edərək xalqın 30 illik həsrətinə son qoydu. Bu 44 günlük Vətən müharibəsi Azərbaycan Prezidentinin həm də elə ali keyfiyyətlərini üzə çıxardı ki, dünya onu heyrətlə izlədi. Ölkəsinə qazandırdığı qalibiyyət Vətən, yurd, xalq, insan sevgisinin zirvə nöqtəsi idi. O, müharibə dövründə dünyaya təkcə qalib sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil dövlət başçısı, mahir diplomat kimi görünmədi. Dünya, onu həm də hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi lider kimi tanıdı. O, ən həssas dönəmdə də xalqının qarşısına çıxdı, ən sevincli xəbəri özü çatdırdı insanlara.