YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yüksək hörmət və etimad

“Azərbaycan hər zaman beynəlxalq əhəmiyyətə və aktuallığa malik tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmişdir. Eyni zamanda ölkəmizin ev sahibliyi etdiyi tədbirlər öz səmərəliliyi və məhsuldarlığı ilə də seçilmişdir.

Dünya dövlətləri növbəti dəfə Azərbaycana böyük hörmət və etimad nümayiş etdirərək qlobal əhəmiyyətli tədbirin – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP 29-un gələn il  Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etmişdir. Dünya ölkələri tərəfindən belə bir qərarın qəbul edilməsi Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuza, etibara və etimada malik olmasının göstəricisidir. Əlbətdə biz bu yüksək etimadi və  nüfuzu Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində qazanmışıq.” Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva  bildirib ki, keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra vacib məsələlərə toxundu: “Ali Baş Komandanımız antiterror əməliyyatlarından sonra bəzi Qərb ölkələrinin Azərbaycana qarşı əsassız ittihamları haqqında danışaraq bildirdi ki, ölkəmizə qarşı irəli sürülmüş ittihamların heç bir əsası yoxdur. Əlbətdə son dövrlər xüsusilə də İkinci Qarabağ Müharibəsindən sonra ölkəmizin qüdrətinin, gücünün və nüfuzunun artması bəzi Qərb dövlətlərini narahat etməyə başlayıb. Və bu narahatlığın nəticəsidir ki, bəzi Qərb dövlətləri bizə qarşı əsassız ittihamlar irəli sürürlər.  Cənab Prezidentin də qeyd etdiyi kimi bu ittihamların heç bir əsası yoxdur. Azərbaycan sülhsevər, beynəlxalq ədaləti və BMT qətnamələrini təkbaşına icra edən humanist dövlətdir. Biz bunu həm İkinci Qarabağ Müharibəsində, həm postmüharibə dövründə həm də antiterror əməliyyatları zamanı sübut etmişik.”

Daha sonra Azərbaycan Lideri ikili standartlar siyasəti, beynəlxalq riyakarlıq haqqında danışaraq vurğulayıb ki, Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Təəssüf ki, dünyanın 50-dən çox ölkəsini işğal etmiş, həmin ölkələrdə günahsız insanlara qarşı qətliamlar törətmiş, sərvətlərini talan etmiş Fransa dövləti Azərbaycana qarşı ikiüzlü və riyakar siyasət nümayiş etdirməkdə davam edir. Həmçinin Fransa müxtəlif vasitələrlə regionda sülhün bərqarar olmasına mane olur və Ermənistanı təxribatlara çəkərək uçuruma aparır.

Çıxışında dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizdə müvəffəqiyyətlə keçirilmiş beynəlxalq tədbirlər, COP 29 konfransının əhəmiyyəti və Azərbaycanda həyata keçirilən uğurlu enerji siyasəti haqqında məlumat verib: “Ümumilikdə COP 29 kimi möhtəbər və beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə olan nüfuzun və etimadın daha da yüksəlməsinə və yeni əməkdaşlıq sahələrinin formalaşmasına gətirib çıxaracaqdır.”