YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük etimad

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri  

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının gələn il Azərbaycanda keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin dekabrın 15-də keçirilən müşavirədəki çıxışında biz COP29 beynəlxalq konfransını yüksək səviyyədə keçirəcəyik və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq bildirməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzlu tədbirlərə uğurla sədrlik etməsindən xəbər verir.

COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri sayılır və ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından heç də geri qalmır. Ona görə də cənab Prezident COP29 beynəlxalq konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dair qərarın qəbul edilməsini haqlı olaraq ölkəmizin növbəti böyük uğura imza atması kimi dəyərləndirib. Bu, həqiqətən də gənc müstəqil ölkəmiz üçün böyük uğurdur. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarın dünya ölkələri tərəfindən qəbul edilməsi və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimadın, böyük hörmətin göstərilməsi siyasi uğurumuz, diplomatik nailiyyətimizdir.

Bakı son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara ev sahibliyi edir. Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. Bakıda keçirilən beynəlxalq tədbirlərin ictimai və dövlət maraqlarımıza uyğun formada keçirilməsi də təqdirəlayiqdir.Tədbirlərdə iştirak üçün Bakıya gələn nüfuzlu xarici qonaqlar bizim ölkəmizdən hərtərəfli razı qayıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq bu günə qədər ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirilib. COP29-un da ölkəmizdə daha yüksək səviyyədə keçiriləcəyi şübhəsizdir. Aydın məsələdir ki, Azərbaycanın iqtisadi və geopolitik gücü imkan verir ki, qlobal problemlərin müzakirəsi, həlli yollarının araşdırılması Bakıda baş tutsun. Bu gün əminliklə söyləyə bilərik ki, Azərbaycan beynəlxalq təşkilatlara, proqramlara uğurlu sədrlik etmək modelini formalaşdırıb.