YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni gələcək

“Yeni Azərbaycan Partiyası İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qəbul etdiyi qərar tarixi bir qərardır. Çünki bu seçkilər müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından sonra keçirilən ilk seçkilərdir. Düşünürəm ki, bu qərar təkcə partiyamızın deyil, bütün Azərbaycan xalqının iradəsinin ifadəsidir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, 44  günlük Vətən müharibəsində əldə olunmuş şanlı zəfər, həm də bu ilin sentyabrında Qarabağda keçirilən  antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaratdı. Bu qələbəyə, yəni ərazi bütövlüyümüzün təmin olunmasına, suverenliyimizin bərpasına gedən yol isə hər saatı, hər anı ilə hesablanmış, planlaşdırılmış bir yol idi. Prezident İlham Əliyevin dövlətin iqtisadi gücünü qalibiyyət formuluna çevirmək bacarığı, diplomatik müstəvidə əldə olunan mühüm uğurlar, Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə qazanılan nüfuz, bir sıra aparıcı təşkilatlarda uğurlu təmsilçilik və rəhbərlik əldə edilən qələbələrin əsas şərti kimi çıxış etməkdədir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində bütün sahələr inkişaf edib, əhalinin rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı Fərman və Sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Bütövlükdə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bütün sahələr üzrə sıçrayışlı inkişafa nail olub, o cümlədən beynəlxalq müstəvidə nüfuzlu dövlətlər sırasına yüksəlib. Cənab Prezidentin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə nail olub. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, ordumuzun Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində isə sentyabrın 20-də suverenliyimizi tam bərpa etdik. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbənin təntənəsidir. Beləliklə, müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin liderliyi ilə Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə  qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində möhtəşəm işlər həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi hazırda əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıqlar Qarabağın və Şərqi Zəngəzurun bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tezliklə reallaşacağını deməyə əsas verir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir. Bir sözlə,  Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan yeni-yeni hədəflərə doğru inamla irəliləyir. Bütün bunların fonunda, qarşıda dayanan hədəflərə nail olmaq üçün növbəti prezident seçkilərində Yeni Azərbaycan Partiyasının cənab İlham Əliyevin namizədliyini irəli sürməsi təbii qanunauyğunluqdur və xalqımızın mövqeyinin göstəricisidir.