YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ən etibarlı enerji təminatçısı

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Dekabrın 10-da Prezident İlham Əliyevin Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirakı bir sıra önəmli məqamlardan xəbər verir. Əvvəlcə onu qeyd etmək lazımdır ki, Azərbaycan Avropanın ən etibarlı enerji təminatçısıdır. Enerji strategiyasının tətbiqinə başlayandan bəri Azərbaycan daim Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına çalışıb. Digər enerji təminatçısı olan ölkələr müxtəlif maraqlar naminə hər zaman bu amildən Avropa ölkələrinə qarşı təyziq vasitəsi kimi istifadə edib.

Uğurlu əməkdaşlığın möhkəm təməli

Azərbaycan öz əlaqələrini dostluq, qarşılıqlı anlaşma və strateji tərəfdaşlıq çərçivəsində qurur. Məhz bu 3 xüsusiyyət Azərbaycanı digər ölkələrdən fərqləndirir. Ona görə ölkəmizlə münasibətlərini dərinləşdirməyə çalışan ölkələrin sayı durmadan artır.

Əlaqələrin yaxınlığını müəyyənləşdirən önəmli amil

Dövlətlər arasında əlaqələrin yaxınlığını müəyyənləşdirən önəmli amil dövlət başçılarının qarşılıqlı dostluq əlaqələrini həm də dövlətlər arası münasibətlərə tətbiq etmələridir. Azərbaycan-Serbiya və Azərbaycan-Bolqarıstan arasındakı əlaqələr məhz bu kateqoriyada yer alır. Dövlətimizin başçısı Prezident İlham Əliyevin müdrik və uzaqgörən qlobal liderliyi bu dostluqları şərtləndirən əsas qüvvədir.

Hədəflərin reallığa çevirilməsi

Ölkəmiz sayca artıq 9 Avropa ölkəsini enerji ilə təmin edir. Onlardan yeddisi Avropa İttifaqına üzv ölkələrdir.  Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırılmasını hədəfləyir. Artıq bu il Avropaya ixrac olunan qazın həcmi 12 milyard kubmetrə çatacaq. Bu isə Azərbaycanın dövlət olaraq qarşıya qoyulan bütün hədəflərə çatmaq əzmini nümayiş etdirir. Təbii ki, hədəflərin reallığa çevirilməsi dərin təhlilə əsaslanan, qətiyyətli iradə tələb edir. Bu isə Prezident İlham Əliyevin qlobal liderliyinə aid olan xüsusi özəllikdir.