YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Paytaxtın Nərimanov rayonunda avtomobil yollarının əsaslı təmirinə 600 min manat ayrılıb

Prezident İlham Əliyev “Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 600 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.