YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Verilmis mesajlar vacib istiqamətləri əhatə edir

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilən Forumda Prezident İlham Əliyevin iştirakı, vermis olduğu mesajlar bir çox vacib istiqamətləri əhatə edib. Ölkəmizin başçısı çıxışında regionda təhlükəsizlik məsələləri və bunun fonunda yaranmış yeni reallıqlardan, təşəbbüslərdən bəhs edir. Dövlətimizin başçısı II Qarabağ müharibəsindən sonra bölgədə yeni reallığın formalaşdığını, artıq münaqişə dövrünün geridə qaldığını, hazırkı mərhələdə sülhün təmin edilməsi fonunda mümkün əməkdaşlıq əlaqələrinin perspektivlərinin olduğunu qeyd edib. Forumda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardan, Azərbaycanın bu müstəvidə ortaya qoymuş olduğu mövqenin xarakteri bir daha önə çəkilib. Eyni zamanda dünyada cərəyan edən qlobal proseslərdən, bunun fonunda regiondan keçən nəqliyyat dəhlizlərinin önəmindən, kommunkasiya imkanlarının yaradacağı reallıqların əhəmiyyəti vurğulanıb. Bununla yanaşı Prezident İlham Əliyev Forumda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif mövzularla bağlı suallarını da əhatəli və tam dolğun şəkildə cavablandırıb.

Ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan regional və qlobal miqyasda böyük nüfuza, çəkiyə malikdir. Azərbaycan mühüm mövzuların müzakirə olunduğu, mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı, ev sahibi kimi aparıcı müstəviyə yüksəlib. Vətən müharibəsindən sonrakı dövrdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bunun bariz nümunəsidir. Təbii ki, Bakının ev sahibliyi ilə keçirilən bu cür tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması məsələləri prioritet mövzulardan olur. Həmçinin ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliği ətrafında geniş fikir mübadiləsi aparılır. Məhz bu kimi tədbirlərin əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması bu məsələlərə beynəlxalq səviyyədə marağın artması ilə müşahidə olunur.

II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən ardıcıl iş aparılır. Həyata keçirilən bu mütərəqqi siyasət hazırkı dönəmdə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Məhz ADA-dakı Forumda da Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən və bu istiqamətdə atılan addımlar fonunda erməni tərəfinin qeyri-konstruktiv davranışlarından danışıb. Ölkəmizin başçısı hazırda iki ölkə arasında sülh sazişinin imzalanmasının gecikməsinin səbəbkarının məhz Ermənistan olduğunu qeyd edib.

Prezident İlham Əliyev qətiyyəti sayəsində regionda yeni reallıq yaranıb. Azərbaycan artıq diktə edən güclü və qalib tərəf kimi proseslərin sülh müstəvisində həllində maraqlı olduğunu nümayiş etdirir. Bununla yanaşı mövcud regional geosiyasi vəziyyəti obyektiv şəkildə dəyərləndirilir. Rəsmi Bakı bu siyasi strategiyaya uyğun olaraq regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslərlə çıxış edir. Azərbaycan regionda kommunikasiya xəttlərinin, bu xüsusda Zəngəzur dəhlizinin açılmasının bütövlükdə bölgədə canlanmaya səbəb olacağını təbliğ edir. Bütün bunlar isə sülhün və sabitliyin daha etibarlı təminatı üçün məhz bu kimi əlaqalərin daha geniş spektorda qurulmasını zərurətə çevirir.