YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbədiyaşar Ümummilli liderimiz

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Xalqımızın, müstəqil Azərbaycanın xilaskarı, əbədiyaşar Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsini hər zaman dərin hörmət və ehtiramla anırıq.

Hər il dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım gününü böyük izdihamla yad edir, ruhuna dualar oxunur.  Ulu öndər Heydər Əliyevin fenomen şəxsiyyət kimi dövlətçilik tariximizdə xüsusi və əvəzolunmaz dəsti xətti vardır. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyev çox qısa müddət ərzində milyonların sevgisini qazanmış və xalqımızın Ümummilli Liderinə çevrilmişdir. Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, onun ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümid yeri  Ulu öndər Heydər Əliyevlə bağlı olmuşdur.

Azərbaycançılıq məfkurəsini hər zaman hər şeydən üstün tutan Ulu Öndər müstəqil, suveren Azərbaycanın memarı və qurucusudur. Xalqımızın və dövlətçiliyimizin xilaskarı Ulu öndər Heydər Əlirza oğlu Əliyevin vətən, xalq qarşısında xidmətləri böyük və danılmazdır. Məhz Azərbaycanın bugünki inkişafının və tərəqqisinin təməl prinsipində Ulu Öndər Heydər Əliyev siyasi kursu dayanır.1993-cu ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu.

"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” – deyən Ulu öndər Heydər Əliyevin başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya kimi ümumbəşəri dəyərlərə əsaslanan ideologiya təşkil edirdi. Heydər Əliyev ideyaları və siyasi xətti bu gün də yaşayır.

Bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrildi.

Xüsusilə qeyd etmək lazımdır ki, bu gün regionun, Cənubi Qafqazın, dünyanın nüfuzlu bir dövlətinə çevrilmiş Azərbaycan ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin şah əsəridir