YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan yenidən dalandadır

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Dekabrın 6-da keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışı zamanı Prezident İlham Əliyev çoxsayda mövzulara münasibət bildirdi. Forumda Zəngəzur dəhlizi ilə bağlı fikir bildirərkən ölkə başçısı qeyd etdi ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur. Bu dəhlizin təşviq olunmasında Türkiyə ilə yanaşı, Azərbaycan və bir çox başqa ölkələr də fəal surətdə iştirak edirdi. Amma rəsmi İrəvan buna mane olurdular. Ermənistan özünü Azərbaycanla bütün digər kommunikasiyaların açılmasından məhrum edir, çünki hazırda onların Rusiya ilə dəmir yolu bağlantısı yoxdur. Gürcüstan yolu isə separatçı Abxaziya regionuna görə bağlıdır. Onların Azərbaycan vasitəsilə də yolu yoxdur. Türkiyə ilə dəmir yolu və sərhədi də bağlıdır. Bir sözlə, Ermənistan yenidən dalandadır. Lakin Azərbaycanın çox böyük tranzit-nəqliyyat imkanları mövcuddur. Hazırda Azərbaycan Mərkəzi Asiya ölkələrinə, ilk növbədə, Qazaxıstana və Türkmənistana tranzit xidməti göstərir. Xəzərin şərq hissəsindən gələn tranzit yüklərin böyük hissəsi bu iki ölkədən, həmçinin Mərkəzi Asiyanın digər ölkələrindən, qismən də Çindən gəlir. Avropadan Mərkəzi Asiyaya gedən yol da Azərbaycandan keçir. Həmçinin Azərbaycandan Gürcüstana, oradan isə Avropaya uzanan bir marşrut mövcuddur. Forumda nəqliyyat-tranzit imkanlarından danışarkən ölkə başçısı onu da vurğuladı ki, Azərbaycan ərazisindən də keçən və ölkəmiz ərazisində tam hazır olan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində fəal işlər aparılır. Hazırda Azərbaycana yalnız Şimal-Cənub xəttinin ötürücülük qabiliyyətini artırmaq lazımdır. Bu marşrut da Körfəzdən Azərbaycana, buradan da Gürcüstana qədər uzanan Cənub-Qərb marşrutu kimi Orta Dəhlizin bir hissəsi ola bilər. Ölkəmizə Naxçıvanla, onun vasitəsilə Türkiyə ilə əlaqənin lazım olduğunu qeyd edən Prezident İlham Əliyev keçidin tikilməsi məqsədilə İran tərəfi ilə razılığa gəlindiyini və artıq hər iki ölkənin hökumət rəsmilərinin avtomobil körpüsünün tikintisi ilə əlaqədar Zəngilan rayonunun Ağbənd kəndində təməlqoyma mərasimində iştirak etdiklərini xatırlatı.

“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışı zamanı Prezident İlham Əliyev işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən şirkətlərlə bağlı hüquqi prosedurlardan bəhs etdi. Ölkə başçısı bildirdi ki, hüquqi prosedurlar İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra başlanılıb. Xüsusilə mədənçilik, qızıl və digər qiymətli metalların hasilatı ilə məşğul olan şirkətlərlə bağlı lazımi proseduralar görülür. Təbii sərvətlərimizi qanunsuz şəkildə mənimsəyənlərin məsuliyyətə cəlb edilməsi üçün artıq üç ilə yaxındır ki, müxtəlif hüquq şirkətləri ilə fəal iş aparılır. Hazırda işğaldan yeni azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi üzrə iş gedir. Müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət xüsusi qrup kəndbəkənd, sahəbəsahə gəzərək ərazilərin monitorinqini davam etdirir, ekoloji ziyanı qiymətləndirir.  Bu işdə əsas məqsəd 2020-ci ildə işğaldan azad edilmiş ərazilərə dəyən ekoloji zərərin düzgün qiymətləndirilməsidir.