YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəz Qarayev: Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi bu günə yox, gələcəyə işləyən məqamdır

"Bakı 2015 Birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycana gələn qonaqlarla bağlı rəqəmlər dəqiqləşdirilir. Biz artıq 45 əsas oteldən rəqəmləri yığmışıq. Bu günə 45 mindən artıq qonaqla bağlı məlumat var. Amma ümumiyyətlə, iyun ayında Azərbaycanın sərhədlərini keçən insanların sayı 170 mini ötüb. Azərbaycana Avropa Oyunlarına istər iştirakçı, istərsə də tamaşaçı qismində gələnlərin sayı bu rəqəmin içərisindədir". Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın Avropa Oyunlarının ev sahibliyi bu günə yox, gələcəyə işləyən məqamdır: "Azərbaycanın adının dünya informasiya məkanında dəfələrlə təkrarlanması, onun gözəl mənzərələrinin göstərilməsi, çox sayda qonaqların, idmançıların, mütəxəssislərin, incəsənət xadimlərinin gəlişi bir növ ölkənin təbliğatıdır. Bütün 17 gün ərzində Azərbaycan internetdə, televiziya kanallarında diqqət mərkəzində idi. Bu təbliğat öz nəticəsini verəcək. Məsələn, Azərbaycanda "Eurovison" mahnı müsabiqəsi olanda biz ölkəyə turizm axınını 2-3 aydan sonra gördük".