YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov Qazanbulaq qəsəbəsində sakinlərlə görüşüb

Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə deputatı Anar Məmmədov növbəti dəfə Goranboy rayonunun Qazanbulaq qəsəbəsində sakinlər ilə görüşüb. Görüşdə rayon ağsaqqalları, ziyalılar, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb. Qəbula gələn vətəndaşlar içməli su təminatı və digər problemlərlə bağlı müraciətlər səsləndiriblər. Onların müraciətləri deputat tərəfindən diqqətlə dinlənilib, Milli Məclisin deputatının səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub.

Sakinlər ölkəmizdə əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində görülən işlərə, həyata keçirilən islahatlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv