YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərdə yeni mərhələ

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Azərbaycanla İraq arasındakı münasibətlərin qədim tarixi var. Tarixən bizi birləşdirən dini, mədəni əlaqələrimiz bu gün də davan edir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 30-da qurulmuşdur. Yüksək səviyyədə qarşılıqlı səfərlər bu əlaqələrin inkişafında mühüm rol oynayır.

Bu günlərdə İraq Respublikası Prezidentinin ölkəmizə səfəri çərçivəsində bir sıra mühüm sənədlər imzalanmış, hər iki ölkə rəhbərinin təkbətək və geniş tərkibdə görüşləri olmuşdur. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər. 

Ölkəmizin başçısı İlham Əliyev ali qonağı salamlayaraq  bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcəyini və əməkdaşlıq sahəsində yeni səhifə açacağına ümidvar olduğunu bildirmişdir.   

Cənab Prezident bildirmişdir ki, hər iki dövlət bir sıra beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.

Cənab Preizdent İlham Əliyev İraq Respublikası Prezidentinin Ermənistana da səfər edəcəyini nəzərə alaraq bildirmişdir ki, “1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirildi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi.”

Ermənistanın Azərbaycan torpaqlarını həmişəlik işğal altında saxlamaq istəyində olduğunu diqqətə çatdıran ölkə başçısı qeyd etmişdir ki, mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi.  

Əslində öz mandatından istifadə etməyən, daha doğrusu Ermənistanın işğalçılıq siyasətinə haqq qazandıran Minsk qrupu da mənasız bir qurum olduğunu isbatlamış oldu. Hazırkı situasiya göstərir ki, problemin həllinə mane olan qüvvələr məhz o qrupda toplaşıbmış. Bunu son dövrlərdə Fransanın və ABŞ-nin sərgilədiyi mövqe bir daha göstərir.

Məsələnin hərbi yolla həllindən sonrakı vəziyyəti şərh edən cənab İlham Əliyev dedi: “Qeyd etdiyim kimi, işğal olunmuş ərazilərin böyük hissəsi 2020-ci ildə azad edilmişdi. Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər. Əfsuslar ki, onların məsləhəti hərbi kontingenti bizim ərazimizdə mümkün qədər çox saxlamaqdan ibarət oldu.

Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror əməliyyatını apardıq. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə bu antiterror əməliyyatı mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən bir örnək hesab olunmalıdır.”  

Azərbaycan tərəfinin dəflərlə sülh müqaviləsi layihəsi ilə çıxış etməsinə baxmayaraq, Ermənistanın hələ də bu təkliflərə münasibət bildirməməsi məsələsinə toxunan ölkə başçısı bildirmişdir ki, iki aydan artıq müddətdə qarşı tərəfdən səs çıxmamışdır. Çünki onların Qərbdəki məsləhətçiləri, xüsusən Fransa  bu məsələdə Ermənistana heç də yaxşı məsləhətlər vermir.

Ermənistana müxtəlif silahlar verməklə onu yeni münaqişəyə cəlb etmək istəyən Fransa əslində bu ölkəni və xalqı yeni fəlakətə sürükləyir. Çünki nə 44 günlük müharibədə, nə də 1 günlük antiterror əməliyyatında Ermənistana heç kim, hətta Fransa belə, kömək edə bilmədi və bundan sonra da etməyəcəkdir.

Ölkəmizin sülhə, həm də ədalətli sülhə daim hazır olduğunu bildirən cənab Prezident dedi: “Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq. Beləliklə, mən həmkarımı bu barədə məlumatlandırdım ki, Cənubi Qafqazda real vəziyyəti daha yaxşı anlamaq mümkün olsun.”

Azərbaycanla İraq Respublikası arasındakı ikitərəfli əlaqələrin inkişafına böyük önəm verən ölkəmizin başçısı bildirmişdir ki, müdafiə sənayesi və turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilmiş, bir sıra sənədlər imzalanmışdır. İraqın müxtəlif şəhərlərinə aviareyslərin təşkili bu sahədə əməkdaşlıq imkanlarını genişləndirəcəkdir.

DİGƏR Xəbərlər Arxiv