YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Liderlik zirvəsini fəth edən dahi”

Sumqayıtda “Heydər Əliyev Məktəbi”nin ilk məşğələsi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunmuş “Heydər Əliyev Məktəbi”nin ilk məşğələsi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Gənclərlə keçirilən görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri bildirib ki, Heydər Əliyevin fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub. Ümummilli Lider cəmiyyətin inkişaf dinamikasında ənənə və müasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesab edib, azərbaycançılıq məfkurəsini, həmçinin dünya azərbaycanlılarını birləşdirən, onların hüquqlarını qoruyan və milli həmrəyliyi təmin edən ideoloji istinad mənbəyi kimi də dəyərləndirib

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Liderlik zirvəsini fəth edən dahi” mövzusunda məruzə ilə çıxış edib. Z.Fərəcov bildirib ki, çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan bənzərsiz uğurlara imza atır, yeni reallıqlar formalaşdıraraq öz qüdrətini artırır: “Şərqdə ilk demokratik respublika yaratmış və 32 il əvvəl öz müstəqilliyini bərpa etmiş Azərbaycanın regionun liderinə və qalib ölkəyə çevrilməsi, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutması məhz Heydər Əliyev siyasəti sayəsində mümkün olmuşdur. Anadan olmasının 100-cü ildönümünü dərin ehtiramla və böyük minnətdarlıqla qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərində - müstəqilliyin itirilməsi təhlükəsinin mövcud olduğu olduqca mürəkkəb şəraitdə xalqın qətiyyətli dəstəyi və öz liderlik keyfiyyətləri ilə Azərbaycanı tənəzzüldən xilas edərək sabitlik və inkişaf yoluna çıxarmış, məqsədyönlü və uzaqgörən siyasəti ilə respublikamızın gələcək inkişaf yolunu müəyyən etmişdir”.

Zakir Fərəcov vurğulayıb ki, Ulu Öndərin Azərbaycanın parlaq gələcəyi naminə müstəsna xidmətlərindən biri tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına uyğun gənclər siyasətinin həyata keçirilməsidir: “Gəncləri Azərbaycanın bu günü, sabahı və ümidi adlandıran Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik dövründə respublikamıza rəhbərlik etdiyi zaman intellektual, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gəncliyin yetişməsinə xüsusi diqqət yetirmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirib”.

Sonda gənclərin sualları cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv