YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Anar Məmmədov seçicilərlə görüşüb

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan öncə Anar Məmmədov Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb. Daha sonra Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı aparatının inzibati binasında vətəndaşları qəbul edib. 

Qəbulda YAP Goranboy rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri və ziyalılar, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən millət vəkili onların müraciət və təkliflərini dinləyib. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb. 

Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.