YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Azərbaycan cəmiyyətinin ən möhtəşəm, güclü siyasi təşkilatı kimi özünü təsdiq edib

 YAP Goranboy rayon təşkilatı bu mövzuda tədbir keçirib

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 illiyinə həsr olunan  tədbir keçirib.

Tədbir iştirakçıları öncə Ümummmilli Lider Heydər Əliyevin  abidəsini ziyarət edib,  önünə gül dəstələri düzüblər.

Göranboy rayon Olimpiya Kompleksində keçirilən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı yolunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni və Yeni Azərbaycan Partiyasının Himni  səsləndirilib.

Tədbirdə çıxış edən Goranboy Rayon  İcra Hakimiyyəti Başçısının birinci müavini Seymur Nazarov ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan geniş bəhs edərək bildirib ki, Ümummilli Liderin  dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi  YAP 31 ildə tarixin bütün sınaqlarından şərəflə çıxıb, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. YAP xalqın partiyasıdır. Bu partiyada cəmiyyətin bütün təbəqələri təmsil olunur, arzu və istəklərini ifadə edir. Birliyimiz, həmrəyliyimiz sayəsində hədəflərə yüksək səviyyədə nail oluruq. YAP sözlə əməl birliyi sayəsində monolitliyini qoruyur, zəngin təcrübəsi ilə daim diqqətdə olur. Son 20 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən  cənab İlham Əliyevin rəhbərliyi ilə YAP daha da inkişaf edərək qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə milyonların sevgisini qazanır. YAP gələcəyi olan partiyadır. Partiyanın hər bir üzvü  Azərbaycanın uğurlarına yol açan Heydər Əliyev siyasətinin təbliğatçılarıdır.

YAP Goraboy rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, 31 illik zaman dünənimizi, bugünümüzü özündə əks etdirməklə yanaşı, qarşıda dayanan vəzifələrin  aydın ifadəsini yaradır. İllər keçir, hər dövrün, zamanın öz tələbi var. Yeni Azərbaycan Partiyasının 31 il bundan öncə əsas devizini bugünkü çağırışı ilə müqayisə etdikdə Azərbaycanın, Yeni Azərbaycan Partiyasının keçdiyi böyük və zəngin yolun aydın mənzərəsini təqdim edə bilərik. Belə ki, “Yeni Azərbaycan uğrunda” şüarı ilə yola çıxan Yeni Azərbaycan Partiyası bu gün “Biz birlikdə güclüyük!” deyir.  Yeni Azərbaycan Partiyası yaradılmasından 7 ay sonra iqtidar partiyasına çevrildi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsası oldu. Yeni Azərbaycan Partiyasının gələcəyinə böyük inamla yanaşan  Ümummilli Lider Heydər Əliyevin  “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri bütün dövrlər üçün partiyanın fəaliyyətinə bələdçilik edir. Ulu Öndər, həmçinin belə bir çağırışı da səsləndirmişdir ki, Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaq. Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcək, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaq və YAP  Azərbaycanın gələcəyinə xidmət edəcəkdir.

Samir Qocayev onu da qeyd edib  ki, YAP yarandığı gündən xalqın partiyasına çevrilərək dövlətə, xalqa xidməti fəaliyyətinin əsasına çevirdi. Sözlə əməl birliyi, populizmdən uzaqlığı bu siyasi qüvvənin cəmiyyətdə nüfuzunun artmasında əhəmiyyətli rol oynadı. Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin ən möhtəşəm, güclü siyasi təşkilatı kimi özünü təsdiq edib. 1992-ci ildə müxtəlif bölgələrdən 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının  bu gün sıralarında 800 minə yaxın üzv birləşib. Bu, Ulu Öndər Heydər Əliyevin  ideyalarına sədaqətin, Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasətinə inamın  göstəricisidir.

Goranboy Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Mədəniyyət şöbəsi ərazi partiya təşkilatının sədri Gündüz Hacıyev, Dəliməmmədli şəhər ərazi partiya təşkilatının sədr müavini  Kəmalə Rüstəmova, Eyvazlılar kənd orta məktəbin  direktoru Göyüş Nağıyev çıxış edərək tarixi Zəfərimizin reallıqlarının ölkəmizin,  Yeni Azərbaycan Partiyasının qarşısında açdığı imkanlardan geniş bəhs ediblər. Bildiriblər ki, bu gün yeni Proqramına uyğun olaraq “Biz birlikdə güclüyük!” deyən Yeni Azərbaycan Partiyası Böyük Qayıdış proqramının uğurlu icrasına öz töhfəsini  verir.

Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim edilib.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Goranboy rayon mərkəzində Avtobazanın yaxınlığında Eldar şamı  əkiblər.