YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xaçmaz rayon təşkilatının təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Bəyqışlaq kəndi ərazisindən keçən hissəsində keçirilən aksiyada Xaçmaz Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi, 11 saylı Regional Xəzinədarlıq İdarəsi, Rayon Gənclər və İdman sektorunun nümayəndələri, partiya fəalları, rayonun təhsil, səhiyyə, digər idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllıqların və parkların salınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirdiyini deyib.

Qeyd edək ki, aksiya çərçivəsində 100-dən çox şam ağacı əkilib, suvarılması təmin edilib. Eyni zamanda, ağacların əkildiyi ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.