YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi bir gün

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Noyabrın 10-da Vətən müharibəsində əldə etdiyimiz qələbəni rəsmiləşdirən tarixi Bəyanatının imzalanmasından üç il ötür. Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi düşmənin otuzillik işğalına son qoydu və ölkəmizin şanlı Qələbəsi ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm Zəfər  Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə diz çökən Ermənistan ordusu  məğlub olduğunu qəbul etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında, hər gün yeni-yeni kənd və şəhərləri işğaldan azad edən Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmalı oldu.

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək, bu günün ölkəmiz üçün tarixi bir gün olduğunu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu, imzalanmış üçtərəfli bəyanatın məsələnin həlli istiqamətində son nöqtə olacağını bildirdi.

Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları birgə Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları azad olunmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları təmin edilməli idi.  20 noyabr – Ağdam, 25 noyabr - Kəlbəcər və 1 dekabr – Laçın şəhəri bir güllə atmadan, şəhid vermədən işğaldan azad edildi və hər üç rayon Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Bununla da Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında Zəfər əldə etdi. Bu zəfər eyni zamanda onu nümayiş etdirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz istədiyinə nail olur.

Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Qarabağa heç bir status verilmədi. Ümumiyyətlə Statusdan söhbət getmədi. Bəyanatda “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazinin olmadığı, Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazisi olduğu öz əksini tapdı.

10 noyabr 2020-ci ildə imzalanmış bu Bəyanat ölkəmizin şanlı qələbəsini rəsmiləşdirdi, eyni zamanda döyüş meydanında qazanılmış qələbələrin siyasi müstəvidə də qazanılmasını təmin etdi.