YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəhrəmanlıq dastanı

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də  Xankəndi şəhərində keçirilən hərbi  paraddakı çıxışında Ermənistana  və ona  havadarlıq edən  dövlətlərə  ciddi mesajlar verdi: “Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, Xankəndi şəhərində təşkil olunmuş parada nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Biz bütün vəzifələri icra etmişik.”

Tarixi Zəfərə gedən yolu təhlil edərkən bu fikri böyük inamla qeyd edirik ki, cənab İlham Əliyev bütün vədlərini, qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirib. Azərbaycan gücləndi, qüdrətləndi. İqtisadi imkanları artdı. Siyasi mövqeyi möhkəmləndi.  Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində davamlı addımlar atıldı. Bu gün fəxrlə qeyd edirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. 44 günlük İkinci Qarabağ müharibəsində müzəffər Silahlı Qüvvələrimiz  cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovdu. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Dövlət başçısı İlham Əliyev bu məqamı böyük qürur hissi ilə qeyd edir: “Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi.”

Cənab İlham Əliyev andiçmə mərasimində bu vədi vermişdir ki, gün gələcək, biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Həmin gün yetişdi. Artıq işğal altında olan torpaqlarımız düşməndən azad edilib. Sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycanın suverenliyi tam təmin edildi. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Bu tarixi hadisənin ardınca noyabrın 8-də Xankəndi şəhərində hərbi paradın keçirilməsi dünyaya daha bir mesaj oldu.

Ordunun gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi bu gün də əsas prioritet məsələlər sırasındadır. “XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin” deyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən qarşımızda  diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm: “Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın.”

Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi qələbəyə aparan əsas amillərdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi paradda bir daha bu çağırışı etdi ki, nə qədər silahın, sursatın olsa, müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir.

Dörd il bundan əvvəl Xankəndi şəhər stadionunda Ermənistanın baş nazirinin çıxışı zamanı “Qarabağ Ermənistandır və nöqtə” sərsəm bəyanatına  layiqli cavab verildi: “Qarabağ Azərbaycandr və nida”.