YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbənin nidası

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Üç il əvvəl 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı ölkə rəhbərinin ətrafında ali amal uğrunda “Dəmir yumruq” kimi birləşdi, Vətənə sonsuz sevgi və məhəbbət nümayiş etdirdi. Qazanılan bu böyük Qələbədən sonra noyabrın 10-da haqq savaşının Azərbaycanın qələbəsi ilə başa çatdığını rəsmiləşdirən üçtərəfli sənəd imzalandı. 

"Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar"-deyə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ermənistanın hərbi kapitulyasiyası müjdəsini xalqa çatdırdı.

Prezident  İlham Əliyev Qalib komandan kimi imzaladığı 10 noyabr bəyanatında Azərbaycan tərəfinin bütün şərtlərini ermənilərə diqtə etməyə nail oldu. Ermənistan tərəfi Kəlbəcər, Laçın və Ağdam kimi strateji əhəmiyyətli rayonları bir güllə atmadan Azərbaycan ordusuna təhvil verdi. Azərbaycanın döyüş meydanında əldə etdiyi uğurları məhz 10 noyabr bəyanatı ilə rəsmiləşdirildi.  30 il torpalarımızı işğal altında saxlayan düşmən acizliyini, məğlub oduğunu sənəd üzərində təsdiq etdi. Ali Baş Komandan cənab İlham Əliyevin  ortaya qoyduğu siyasi iradə nəıticəsində status-kvo, "Dağlıq Qarabağ" adlı ərazi vahidi birdəfəlik ləğv edildi. Məğlub Ermənistan hökuməti Azərbaycan Prezidentinin diplomatik uğuru, Azərbaycan xalqının birliyi, qüdrətli “dəmir yumruğ”u qarşısında açızliyini qəbul etməyə məcbur oldu.

10 noyabr  Bəyanatının imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdıqdan keçən 3 il ərzində Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipi irəli sürüldü və Ermənistan tərəfindən qəbul edildi. Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyalar yaradıldı. 2022-ci il oktyabrın 6-da qalib ölkəmizin qalib Prezidenti cənab İlham Əliyevin Praqada Aİ Şurasının prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərinin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyü tanındı. 

2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirləri həyata keçirdi. Bunun nəticəsində qondarma rejim ləğv edildi. Tərksilah edilmiş separatçı rejimin qailləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edildilər. Azərbaycan isə əbədi və əzəli torpaqları olan Xankəndi, Xocalı, Əsgəran, Xocavənd üzərində tam suveren hüququnu bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev  2023-cü il oktyabrın 15-də Ağdərədə, Xocalıda, Xocavənd şəhərinin  mərkəzində və Xankəndidə üçrəngli bayrağımızı ucaltdı.

Əbədi azadlığına qovuşan Şərqi Zəngəzur və Qarabağda müqəddəs bayrağımız dalğalanaraq Azərbaycanın qüdrətini, haqq-ədalət uğrunda savaşını, xalqımızın misli görünməmiş qəhrəmanlıq salnaməsini bütün dünyaya nümayiş etdirir.