YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

8 Noyabr – Zəfər Günü

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

30 il idi ki, doğma dədə-baba torpaqları vandal düşmən taptağı altında qalan Azərbaycan xalqı bu əsalətə 44 günlük Vətən Müharibəsi ilə son verdi. Ali Baş Komandan İlham Əliyevin əmri, Müzəffər Azərbaycan Ordusunun düşmən üzərində əzimli qələbəsi ilə otuz illik həsrət sona çatdı. 2020-ci ilin 27 sentyabrında başlayan döyüşlər Vətən Müharibəsi adlandırıldı. Elə müharibənin başladığı iyirmi yeddi sentyabrda düşmənin ən güclü müdafiə xətti yarıldı, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri. Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri. Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər azad edildi. 

30 illik “güclü ermənistan” mifi bir gecədə qırıldı, erməni postları yuxarıda qeyd edilən istiqamətlərdə darmadağın edildi. Üç oktyabrda isə Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi düşməndən azad edildi. Davam edən şüddətli döyüşlərdə hər növbəti gün Ermənistan ordusu üçün böyük itkilər demək idi. Prezident İlham Əliyevin dəfələrlə xəbərdarlıqlarına baxmayaraq təxribatlara əl atan Ermənistan ordusu bunun ağır nəticəsi olacağını dərk etməli idi. 

Ermənistan hakimiyyəti Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bilə-bilə öz xislətindən əl çəkmək istəmirdi. Məs buna görə də, Ali Baş Komandan İlham Əliyev lazımı addımı ataraq Ermənistana və onun “güclü ordusuna” Müzəffər Azərbaycan Ordusunun əsl gücünü göstərdi, 44 gün davam edən müharibə 8 noyabrda başa çatdı və bu təqvim Azərbaycan xalqının Zəfər Günü kimi tarixin yaddaşlarına yazıldı. 

Ali Baş Komandan İlham Əliyev və öz tarixi missiyamızı şərəflə yerinə yetirdiyimiz barədə xalqa müraciəti: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”. Çünki Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qovuşdu, öz yurdlarına geri döndülər. 

Qarabağda qalan erməni terrorçularını təmizləmək üçün isə sentyabr ayının 19-20-də antiterror əməliyyatları başladıldı. Antiterror əməliyyatlarından sonra separatçı qurumun “müdafiə ordusu” ağ bayraq qaldıraraq təslim oldu, daha sonra isə sentyabrın 28-də qondarma rejimin “prezident”i Samvel Şahramanyan tanınmamış “DQR”in “dövlət strukturları”nın bir yanvar 2024-cü ilə qədər ləğv edilməsi barədə “sərəncam” imzaladı.

Sıravi Qarabağ ermənilərinin bölgədən könüllü əsaslarla başladılan köçündən sonra əli günahsız azərbaycanlıların qanına batmış bəzi separatçı rejim nümayəndələri “Laçın” sərhəd-keçid məntəqəsində Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış və onların bir çoxu Bakıya gətirildi. Siyahıda ilk yerdə İkinci Qarabağ müharibəsi zamanı əli sıravi şəxslərin qanına batan, Gəncənin bombalanmasını əmr edən Araik Arutyunyan dayanır. Əllərini dinc azərbaycanlıların qanına bulayan qatillər indi Azərbaycan qanunları qarşısında cavab verirlər.