YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcəyə hesablanmış siyasətimizin təqdimatı

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Dünya 44 günlük İkinci Qarabağ müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına  Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın,  qayıdaq döyüş meydanına,  öz missiyamızı başa vurmalıyıq. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verirdi. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.

Təcavüzkar Ermənistan silahlı qüvvələri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Hərbçilərimiz  “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər. Ermənistan ordusu, eyni zamanda, mənəvi məğlubiyyətə uğradı.  Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Xətai rayonunda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. 5 hektar ərazini əhatə edən Parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

   Azərbaycanın davamlı uğurları tarixi Zəfərimizdə öz sözünü dedi. Dövlət başçısı İlham Əliyevin hər zaman səsləndirdiyi, beynəlxalq təşkilatların tribunasından bəyan etdiyi “Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” fikirləri  güclü siyasi iradəsi əsasında  təkmil  dövlət konsepsiyasının uğurla həyata keçirilməsində, iqtisadi, siyasi və hərbi gücün yaradılmasında əhəmiyyətli rol oynadı.  30 il işğal altında olub mənfur düşmənin vəhşiliklərinə şahidlik edən, amma tarixi sahibinə qovuşacağına ümidini itirməyən torpaqlarımızın azadlığı hər birimizi qürurlandırır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri Ermənistana və ona dəstək verən dövlələrə tarix, hüquq və milli qürur dərsi oldu. Bu müsahibələr dövlət başçısı İlham Əliyevin   praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, dəyişməz mövqeyini əsaslı şəkildə diqqətə çatdıran, dövlət maraqlrımızı hər şeydən üstün tutan Lider olduğunu dünyaya bəyan etdi. Həmin müsahibələr ölkəmizə dost, düşmən mövqedə dayanan dövlətlərin münasibətlərinə də bir daha işıq saldı. Jurnalistlərin bəzən reallığı, daha çox isə qərəzi özündə ifadə edən suallarını  təmkinlə, diplomatik şəkildə cavablandıran Prezident İham Əliyev çox hallarda  onlara öz ölkələrinin tarixini xatırlatdı, həmin ölkələrin tarixini özlərindən də yaxşı bildiyini nümayiş etdirdi. “Azərbaycan xalqı görür ki, mən bütün suallara necə lazımdır cavab verirəm. Onların səviyyəsinə də düşmürəm heç vaxt, necə lazımdır cavab verirəm və susurlar. Çünki cavab verə bilmirlər, deyirəm get güzgüyə bax. Sən bura gəlmisən bizi ittiham etməyə. Sual vermir, elə bil prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Mən onlarla mülayim tərzdə danışıram, bundan istifadə edirlər” kimi fikirləri dövlət başçısı İlham Əliyevin liderliyini, dövlət maraqlarını hər şeydən üstün tutduğunu nəinki sözdə, əməldə təsdiqlədiyini, müstəqil siyasətimizi dünyaya çatdırdı. Məhz dövlət başçısı İlham Əliyevin diplomatik məharətinin nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında və informasiya cəbhəsində üstünlüyü qazandıq. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulayasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Ağdam, Laçın, Kəlbəcər bir güllə atılmadan belə Azərbaycana qaytarıldı. Bu, Müzəffər Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi.

Dövlət başçısı İlham Əliyev son üç ildə Azərbaycanın dirçəliş modelini dünyaya təqdim edərək qurucu lider olduğunu təsdiqləyir. Azərbaycanın yalnız öz gücünə, heç kimdən maliyyə yardımı almadan Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana şevirməsi, Böyük Qayıdış proqrmını uğurla icra etməsi dünənimizə baxış əsasında gələcəyə hesablanmış siyasətimizin təqdimatıdır.