YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici investisiyalar üçün çox açıq ölkə

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Hər bir dövlətin iqtisadi qüdrətinin sürətli inkişafını təmin edən ən önəmli faktorlardan biri ölkəyə yatırılan investisiyaların həcminin davamlı olaraq artırılmasından və bu investisiyaların müasir dövrün tələblərinə cavab verən sahələrə yönəldilməsindən aslıdır. Yatırılan investisiyaların həcmi nə qədər çox olarsa, həmin dövlət maliyyə çətinlikləri çəkmədən, xarici valyuta hesabına yeni imkanlar qazanmış olur. Ona görə də hər bir dövlət xarici investisiyaları öz ölkəsinə cəlb etməyə olduqca böyük maraq göstərir. Xarici sərmayədarlar isə o ölkəyə investisiya yaratmağa maraq göstərir ki, həmin dövlətdə ictimai-siyasi-hərbi sabitlik mövcud olsun, yatırılan sərmayənin imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq qaytarılmasına tam əmin olmuş olsun. Bunun üçün isə yuxarıda qeyd olunan şərtlərlə yanaşı investisiya qoyulacaq ölkənin iqtidarının dünyadakı mövcud reytinqi, həmin dövlətin iqtisadi durumu, maliyyə imkanları, investisiya mühiti, beynəlxalq tərəfdaşlıqda göstərdiyi nümunələr və s. olduqca mühüm əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmizə xarici investisiyaların cəlb edilməsi üçün münbit mühitin yaradılmasına nail oldu. Baxmayaraq ki, Azərbaycanla Ermənistan arasında faktiki olaraq müharibə davam edirdi, torpaqlarımızın 20% -i işğal altına düşmüşdü, müstəqilliyini yenicə elan etmiş Azərbaycan Respublikasının keçmiş SSRİ məkanında kordinal dəyişikliklər baş verdiyindən iqtisadi əlaqələrin qırılması səbəbindən ölkənin iqtisadi göstəriciləri tamamilə aşağı səviyyəyə enmişdi. Lakin bir faktor, Heydər Əliyev şəxsiyyətinin beynəlxalq aləmdəki nüfuzu xarici investisiyanın Azərbaycana cəlb edilməsini təmin etdi. 20 sentyabr 1994-cü ildə imzalanmış, əsrin müqaviləsi adlandırılan Böyük Neft Kontraktının imzalanması ilə Azərbaycana xarici investisiyaların cəlb edilməsinə başlanıldı və Azərbaycan xarici investisiyalar üçün cəlbedici dövlətə çevrildi. Məhz Ulu öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi, malik olduğu şəxsi keyfiyyətlər və beynəlxalq aləmdəki nüfuzu sayəsində cəlb edilmiş xarici sərmayə hesabına bu günkü iqtisadi davamlı və dinamik iqtisadi inkişafımızın əsası qoyuldu. Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi xarici investisiyaların Azərbaycana cəlb edilməsi yolunda da Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi kursu yeni reallıqlar nəzərə alınmaqla çox uğurla davam etdirdi və bu günkü səviyyəyə yüksəltdirdi. Artıq demək olar ki, Azərbaycanda tamamilə fərqli bir şərait mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyəti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı olaraq onun sərkərdəlik məharəti, yaratmış olduğu Silahlı Qüvvələrimizin qüdrəti və xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birliyi sayəsində Azərbaycana qarşı ermənistan tərəfindən aparılan işğalçılıq siyasətinə son qoyuldu, Qarabağda yuva salmış separatçı, terrorçu qüvvələrin mövcudluğuna son verildi.

Bu gün Azərbaycanda tamamilə fərqli mühit mövcuddur. Azərbaycanın beynəlxalq nüfuzu əvvəlkindən daha da güclənmiş, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda bərpa olunan enerji resurslarından istifadə edərək yeni layihələrinin icrasını təmin edir.

Oktyabr ayının 26-da Prezident İlham Əliyevin iştrakı ilə 230 MVt gücündə Qaradağ, Günəş Elektrik Stansiyasının açılış mərasiminin keçirilməsi yuxarıda qeyd etdiklərimizə bir nümunədir.

Açılış mərasimində Prezident İlham Əliyev qeyd etmişdi: “Ötən ilin martında biz Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edirdik. İndicə göstərilən video həmin tariximizin əlamətdar anını nümayiş etdirdi. Əminəm ki, bu, böyük bir yolun, iki qardaş ölkənin böyük yolunun başlanğıcıdır. Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir. Mən Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”ı, onun rəhbərliyini təbrik etmək istərdim.”

Bərpa olunan enerji istehsalı və ixracı yalnız yeni iqtisadi imkanlar yaratmır, eyni zamanda Azərbaycana yeni müasir texnolagiyanı və elmi nəaliyyətlərin gətirilməsi baxımından daha önəmlidir.