YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!”

YAP-ın təşəbbüsü ilə Qubada şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə oktyabrın 28-29-da Quba rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan şəhid ailələri və qazilər üçün “Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!” şüarı altında tibbi müayinə aksiyası keçirilib.

Əvvəlcə YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərliyi ilə təşkil olunan aksiyanın iştirakçıları, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Sonra Quba rayon Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları önünə tər güllər düzülüb.

Quba Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində Quba ilə yanaşı, Dəvəçi, Qusar, Xaçmaz və digər bölgələrdən olan 200-dən artıq şəhid ailəsi, qazi və onların ailə üzvlərinə lazımi tibbi xidmətlər göstərilib, rəngli-doppler exokardioqrafiya, USM, kardioloji, endokrinoloji, nevroloji müayinələr aparılıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə indiyə qədər Sabirabad, Saatlı, Kürdəmir rayonları və Lənkəran şəhərində bu qəbildən olan aksiyalar keçirilib.