YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ADMİU-da YENİ Klub təsis olunub

Oktyabrın 20-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində YENİ Klubun təsis toplantısı keçirilib.

Təsis toplantısını giriş nitqi ilə açan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sədaqət Əliyeva ali təhsil müəssisəsində tələbələrin şəxsi inkişafını dəstəkləyən və aktivliyini təmin edən klubun formalaşdırılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, YENİ Klubun önəmli təşəbbüslər irəli sürərək faydalı layihələr reallaşdıracağına inamını ifadə edib və uğurlar arzulayıb.

Daha sonra ADMİU-nun nəzdində formalaşdırılan YENİ Klubun rəhbəri Nəbi Vəliyev, koordinator Əfsun Məmmədli təqdimatla çıxış ediblər.

Klub haqqında ətraflı məlumat verən gənclər qeyd ediblər ki, ali təhsil müəssisəsi daxilindəki klub təşkilatlar ilə birgə fəaliyyət həyata keçirəcək, yarışlar, müsabiqələr, layihələr, təlimlər, xarici dillərdə tədbirlər təşkil edəcək.

Çıxışında ali təhsil müəssisələrinin nəzdində YENİ Klubların formalaşdırılmasının əhəmiyyətindən bəhs edən YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev qeyd edib ki, klublar tələbələrin cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq.