YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Müstəqilliyin Bərpası Günü qeyd olunub

Oktyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı Qazax Rayon İcra Hakimiyyəti ilə birgə Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, dahi şəxsiyyətin xatirəsi ehtiramla anılıb.

Daha sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva, YAP Qazax rayon təşkilatının əməkdaşı Kənan Hüseynli XX əsrin sonunda Azərbaycanın müstəqilliyinin bərpası, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizə və ölkəmizin əldə etdiyi uğurlardan geniş bəhs ediblər. Bildirilib ki, Azərbaycanda dövlət müstəqilliyinin dönməz və əbədi olması, möhkəmlənməsi, ölkəmizin dinamik inkişafı məhz Ulu Öndərin adı və fəaliyyəti ilə sıx bağlıdır. 1993-cü ilin iyununda Azərbaycan xalqı vətəndaş müharibəsi, parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda yeganə xilas və ümid yerimiz olan Heydər Əliyev xalqın tələb və istəyi ilə yenidən hakimiyyətə qayıdıb. Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edilib, respublikamız yeni inkişaf dövrünə qədəm qoyub.

Sonra partiya veteranı, şair Cavanşir Rüstəm və Qazax şəhər 3 saylı tam orta məktəbin şagirdləri Müstəqilliyin Bərpası Günü münasibətilə şeirlər səsləndiriblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.